“Ona ölüm cəzası verilsin!” – Tramp

"Ona ölüm cəzası verilsin!" - Tramp

Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, o, ölüm cəzası alacaq”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Tramp bildirib ki, Kirkin qatili barədə onun özünə yaxın olan bir şəxs tərəfindən aidiyyatı qurumlara məlumat verilib.

Qeyd edək ki, amerikalı siyasi fəal və bloger Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnərək öldürülüb.

Əliyar Xəlil
Globalinfo.az