Ölkədə ən çox maaşı kimlər alır? – Diqqət

Ölkədə ən çox maaşı kimlər alır? - Diqqət

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

Globalinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər və ya 1,2 faiz artaraq 1726,3 min nəfər olub.

2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat olub.