Kristina Kvin

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin “Qarabağda ermənilərə qarşı soyqırım törədilir” tezisini təsdiq etməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bunu Kvin qondarma “erməni soyqırımı” abidəsinin ziyarətindən sonra jurnalistlərə açıqlaması zamanı deyib.

O, ABŞ-ın baş verənlərlə bağlı mövqeyini artıq açıqladığını və Vaşinqtonun tərəflər arasında danışıqların davam etdirilməsini istədiyini bildirib:

“Biz sülh prosesinin irəlilədilməsinə cəhd edirik. Mən Ermənistan və Qarabağda indi baş verənləri soyqırım adlandırmaq haqqına sahib deyiləm. ABŞ Azərbaycana sanksiyalar tətbiq etməyib və bunu gələcəkdə edib-etməyəcəyimizi deyə bilmərəm”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: