Olimpiya Oyunlarının açılışı dəhşətə gətirdi: “Putin…” – FOTOLAR

Olimpiya Oyunlarının açılışı dəhşətə gətirdi: "Putin..." - FOTOLAR

Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminə dünyanın müxtəlif yerlərindən reaksiyalar gəlməkdədir.

Globalinfo.az xəbər verir ki, mərasimdə LGBT fərdlərinin dünya şöhrətli rəssam Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərini “canlandırması” birmənalı qarşılanmayıb.

Oxu.az yazır ki, “pronews” yunan portalı bu hadisəni “sivilizasiyanın dağılması” adlandırıb, çünki “Sonuncu şam yeməyi”ni travestilər təsvir ediblər.

Qeyd olunur ki, bu, Qərb sivilizasiyasının tamamilə dağıldığını və Olimpiya bayramının və onun ideallarının transgenderlərin paradına çevrilməsini açıq şəkildə nümayiş etdirir.

Sayt “X” sosial şəbəkəsinin idman festivalının açılışını fəal müzakirə edən istifadəçilərindən çoxlu reaksiyalar toplayıb.

“Dekadens Avropa”, “Olimpiya Oyunlarının ruhu və ideyası öləndə…”, – istifadəçilər yazıb.

Bəzi istifadəçilər onları bu cür təxribatdan xilas etmək üçün hətta Vladimir Putinin müdaxilə edəcəyinə ümid etdiklərini bildiriblər.

Rusiya və Macarıstan da Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimini sərt tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda mərasimi “böyük uğursuzluq” adlandırıb.

O, açılışı canlı izləyən tamaşaçıların leysan yağışda saatlarla dayanmalı olduğunu xatırladıb və təşkilatçıların yol verdiyi boşluqlara toxunub.

Zaxarova həmçinin oyunların açılış mərasimində LGBT fərdlərin şousunu dünya şöhrətli rəssam Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsəri ilə müqayisə edərək, tənqid edib.

Bildirib ki, burada həvarilər transvestitlərlə təmsil olunub.

Tənqidlərə Macarıstanın Baş naziri Viktor Orban da qoşulub. Bildirib ki, açılış mərasimi birmənalı olaraq Qərbdəki boşluqları təcəssüm edib:

“Onlar yavaş-yavaş Tanrı ilə, vətənlə və ailə ilə metafizik əlaqələri qoparıblar.

Fransanın özündə də mərasimin bəzi səhnələri ilə bağlı ifrat sağçılardan səslər ucaldı. Yepiskoplar isə mərasim zamanı xristianlığa qarşı istehza səhnələrinin olmasından təəssüfləndiklərini bildiriblər”.

Xatırladaq ki, bu il Olimpiya məşəlini “Minima Gesté” kimi tanınan travestit Artyur Reyno qəbul edib. O, estafeti tam “döyüş avadanlıqları” ilə keçib – parik, korset və 25 santimetrlik dikdaban ayaqqabı geyinib.

Olimpiya Oyunlarının açılışı dəhşətə gətirdi: "Putin..." - FOTOLAR Olimpiya Oyunlarının açılışı dəhşətə gətirdi: "Putin..." - FOTOLAR