Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi

Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. 

Globalinfo.az xəbər verir ki, sədr və heyət üzvləri iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Numan Kurtulmuş Bakıda Numan Kurtulmuş Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi