Norveç Ukraynaya yardımları iki dəfə artırır

Norveç Ukraynaya yardımları iki dəfə artırır

Norveç 2025-ci ildə Ukraynaya yardımı iki dəfədən çox artıraraq 7,8 milyard dollara çatdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Norveçin Baş naziri Yonas Qar Störenin sözlərinə görə, Ukraynanın builki maliyyəsini 85 milyard Norveç kronuna, yəni 7,83 milyard dollara çatdırmaq barədə razılığa gəlinib. Qeyd olunur ki, Norveç bu il Ukraynaya verdiyi maliyyə öhdəliyini iki dəfədən çox artıracaq, eyni zamanda öz müdafiə xərclərini yüksəldəcək.

Aysel Əliyeva
Globalinfo.az