Niyazi Bayramov Yeni ili onlarla birlikdə qeyd etdi – FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Gəncə Uşaq Evinin sakinləri ilə görüşüb.

Globalinfo.az bildirir ki, Gəncənin Mərkəzi meydanında qurulan “Yeni il şəhərciyi”ndə baş tutan görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov Gəncə Uşaq Evinin Sakinlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıb.

Tədbir iştirakçıları Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində Mərkəzi Mədəniyyət Evinin kollektivinin hazırladığı konsert proqramını izləyiblər. Uşaqlar Şaxta baba və Qar qızla birlikdə rəqs edərək, əyləniblər.

Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib.