Nikolay Rıjkov öldü – dəfn tarixi açıqlandı

SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovun dəfn mərasimi martın 1-də Troyekurovski qəbiristanlığında olacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun və Dövlət Dumasında kommunist fraksiyasının mətbuat katibi Aleksandr Yuşşenko bildirib.

“Vida və dəfn mərasimi Xilaskar Məsih Katedralında keçiriləcək”, –  deyə Yuşşenko bildirib.

***28.02.2024 10:51

SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov ölüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko məlumat yayıb.

Siyasi xadim 94 yaşında vəfat edib. N.Rıjkov 1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinə rəhbərlik edib.

1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə qərargahın rəhbəri olub, 1988-ci ildə isə Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdən sonra işləri koordinasiya edib.

O, 1991-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının prezident seçkilərində iştirak edib, Boris Yeltsinə uduzaraq ikinci olub.

N.Rıjkov 2008-ci ildə “Ermənistanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ayşən Mustafa
Globalinfo.az