Nigerdə məscidə hücum: 44 nəfər öldürüldü

Nigerdə məscidə hücum: 44 nəfər öldürüldü

Nigerin Fonbita kəndində məscidə hücum olub.

Globalinfo.az xəbər verir ki, hücum nəticəsində azı 44 nəfər ölüb, 13 nəfər yaralanıb.

Ölkənin daxili işlər naziri Mohamed Toumba bildirib ki, hücum İŞİD terror təşkilatına bağlı quruplaşmalar tərəfindən həyata keçirilib.

Hökumət 72 saatlıq matəm elan edib.