İsrailin Baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin fövqəladə iclasını çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
“Benyamin Netanyahu hazırda hərbi-siyasi kabinetin iclasını keçirir”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl İsrail ordusunun mətbuat xidməti açıqlamışdı ki, İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb və eyni zamanda İrandan atılan raketlərin qarşısını almaq üçün müdafiə tədbirləri həyata keçirilir.
Aysel Əliyeva
Globalinfo.az














