Netanyahu da helikopter qəzası ilə üz-üzə…

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki Herzl dağı xatirə kompleksində keçirilən Efiopiya yəhudilərinin anım mərasiminə vaxtında çata bilməyib. Səbəb isə hökumət başçısının helikopterinin xarab olmasıdır.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə dövlət mərasiminin aparıcısı hökumət başçısının ofisinə istinadla elan edib.

Bildirilib ki, texniki nasazlıq səbəbindən Netanyahu ehtiyat helikopterdən istifadə etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini və ölkənin digər rəsmilərini aparan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində sağ qalan olmayıb.