“Netanyahu bölgədə ən böyük təhlükədir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı zaman deyib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabında verilən məlumata görə, telefon danışığında İsrail və İran arasında baş verən silahlı toqquşmalar, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, İsrailin İrana hücumundan sonra başlayan qarşıdurma ilə bağlı intensiv diplomatik təmaslar həyata keçirir və bölgədə zorakılığın sona çatması üçün səylərini davam etdirir. O, Benyamin Netanyahunun bölgə üçün ən böyük təhlükə olduğunu bir daha vurğulayıb.
Ərdoğan həmçinin qeyd edib ki, İsrailin İrana qarşı hücumları Qəzzadakı humanitar böhranı və soyqırımı kölgədə qoymamalıdır. Türkiyə lideri əlavə edib ki, bu gərginliyin Suriyanı da əhatə etməsinə imkan verilməməlidir.
Aysel Əliyeva
Globalinfo.az














