Qəzzada daha 63 girov qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat yayıb.
O, qeyd edib ki, bu gün daha altı girovun azad edilməsi ilə Qəzzada qalan israilli girovların sayı 63 nəfər olub.
“Biz 192 girovu ölkəmizə qaytara bilmişik. Onlardan 147-si sağ, 45-nin isə meyiti qayıdıb. HƏMAS-ın əlində indi 63 girov qalıb. İsrail hökuməti girovların geri qaytarılması üçün bütün addımların davam etdirilməsində qəti şəkildə qərarlıdır: sağ qalanları ailələri ilə qovuşdurmağa, ölənləri isə doğma torpaqda layiqli şəkildə dəfn etməyə”, – Netanyahu deyib.
Xatırladaq ki, bu gün HƏMAS altı israilli girovu azad edib. Buna cavab olaraq da İsrail 600-dən çox fələstinli məhbusu azadlığa buraxacağını bildirib.
Aysel Əliyeva
Globalinfo.az














