Qəzaya uğrayan təyyarədə möcüzə baş verdi – ANBAAN VİDEO/YENİLƏNİB

Qəzaya uğrayan təyyarədə möcüzə baş verdi - ANBAAN VİDEO/YENİLƏNİB

Təyyarənin göyərtəsində olan 72 nəfərdən 68-i həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Nepalın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

APA-nın yazdığına görə, Nepal vətəndaşları olan iki sərnişin sağ qalıb. Onların vəziyyəti son dərəcə ağırdır.

Sağ qalan daha iki nəfər barəsində isə məlumat verilmir.

Qeyd edək ki, bu gün Katmandudan Poxaraya uçan Yeti Hava Yollarına məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb.

***

Nepalda qəzaya uğrayan təyyarədə iki yerli sakin sağ qalıb.

Sağ qalanların vəziyyəti ağırdır.

Qeyd edək ki, bundan əvvəl “News18” telekanalı təyyarənin göyərtəsində olan 72 nəfərin hamısının həlak olması barədə məlumat vermişdi.

***

Nepalda qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər həlak olub.

Bu barədə xarici media məlumat yayıb.

Bunda başqa, Rusiya səfirliyi təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşının olduğunu açıqlayıb.

***

“Röyter” qəza nəticəsində azı 30 nəfərin həlak olduğunu açıqlayıb.

***10:47

Nepalda göyərtəsində 74 nəfərin (bəzi mənbələrə görə, 72 nəfərin – red.) olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, təyyarədəkilərin 68-i sərnişin, 4-ü ekipaj üzvüdür.

Nepal ordusu hadisə nəticəsində azı 16 nəfərin öldüyünü açıqlayıb.

Hazırda xilasetmə işləri aparılır.

Aqşin
Globalinfo.az