ABŞ-ın İrana qarşı tətbiq etdiyi məhdudiyyətləri uzadacağı ilə bağlı xəbərlər, dünya neft bazarında qiymətlərin artmasına səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Bildirilir ki, “Brent” markalı neftin qiyməti 111 dollar həddini aşaraq ardıcıl səkkiz gün bahalaşıb:
“Hörmüz boğazı ətrafında artan gərginlik və tanker daşımalarının azalması qlobal təchizatla bağlı narahatlıqları daha da artırır.
Ekspertlər bildirirlər ki, ABŞ və İran arasında mövcud çıxılmaz vəziyyət davam edərsə, enerji bazarında böhran dərinləşə və qiymətlər daha da yüksələ bilər”.
Safura Bənnayeva
Globalinfo.az