Neftimizin qiyməti bu il ilk dəfə 100 dolları ötdü

Neftimizin qiyməti bu il ilk dəfə 100 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin qiyməti 2023-cü ildə ilk dəfə 100 dolları ötüb.