Neçə deputatlığa namizəd qeydə alınıb?

Neçə deputatlığa namizəd qeydə alınıb?

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər 390-a yaxın deputatlığa namizədi qeydə alınıb.

MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir.