Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi – VİDEO

Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO

Azərbaycan Respublikası Diasporla İş Komitəsinin dəstəyi və Neapol-Bakı Assosiyasiyasının təşkilatçılığı ilə 18 sentyabr 2023-cü il tarixində İtaliyanın Neapol şəhərində “Ulu Öndər Heydər Əliyev Regional Enerji Təhlükəsizliyi Siyasətinin Banisi Kimi” adlı Beynəxalq Elmi Konfrans təşkil edilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə Azərbaycanın Avropa İttifaqının və bütövlükdə regionunun enerji təhlükəsizliyinin formalaşmasında xüsusi rola malik olduğu qeyd edilib.

2020-ci ilin dekabr ayından sonra Aropaya neft ilə yanaşı mavi qaz ixracatına başlayan Azərbaycan ötən müddətdə sözügedən qitəyə 20 milyard kub metrdən çox mavi qaz nəql edib. Bütün bunlar əsası Milli Lider Heydər Əliyev tərəfindən qoyulan strateji hədəflərə istiqamətlənən enerji siyasətinin nəticəsində mümkün olmuşdur. Təməli milli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirmişdir.

Konfrans Milli Lider haqqında tarixi sənədli filmin nümayişi ilə başlamışdır. Milli Liderin həyatı və vətən üçün yorulmaz fəaliyyətinə həsr olunmuş film iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə izlənmişdir.

Açlış nitqi ilə çıxış edən Napoli-Bakı Assosiyasının rəhbəri Giuseppe Caniglia və Azərbaycanın İtaliyadakı fövqalədə və səlahiyyətli səfiri Rəşad Aslanov konfransın əhəmiyyəti barədə məlumat verərək Ulu Öndər tərəfindən təməli formalaşdırılan enerji siyasətinin regionun təhlükəsizliyinin qorunmasındakı xüsusi rolundan danışıblar.

Campania Regionunun Prezidentinin Tədqiqat, İnnovasiya və Startaplar üzrə Müşaviri Valeria Fascione də açılış nitqində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Neapol-Bakı Assosiyasiyasının vitse-prezidenti Elnur Camalxanov bildirmişdir ki, bu konfransın təşkil edilməsi həmçinin Azərbaycan-İtaliya və Azərbaycan –Avropa İttifaqı münasibətlərində xüsusi töhvəyə malik olan bir istiqamətdir. Bu kontekstdə Neapolda xüsusi bir konfransın keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun həm elmi, həm də praktiki qiymətləndirilməsi baxımdan  vacib hesab olunur. Konfrans Milli Lider Heydər Əliyevin əsasını qoyduğu enerji startegiyasının daha yaxından öyrənilməsinə və təbliğinə dəstək məqsədi daşıyır. Tədbirdə Cənub Qaz Dəhlizinin əhatə etdiyi ölkələri təmsil edən beyin mərkəzi rəhbərlərinin, o cümlədən aparıcı tədqiqatçıların iştirakı Azərbaycan tərəfindən reallaşan enerji siyasətinə əsaslandırılmış baxışların təqdim olunmasına imkan verəcək.

Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı roluna sistemli yanaşaraq bildirmişdir ki,  Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. hazırda regionun təhlükəsizliyini xüsusi töhvə verən enerji strategiyası birbaşa Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində mümkün olmuşdur. Daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi Avropa Birliyinin, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə verir. Bu gün artıq reallığa çevrilmiş TAP və TANAP kəmərləri Azərbaycan mavi qazının region və eləcə də Avropa ölkələrinə nəqlini həyata keçirir. 2021- ci ildə Avropada müşahidə edilən enerji böhranı kontekstində Azərbaycan mavi qazı və Avropaya ixrac edilən digər enerji resursları Avropanın, xüsusilə də Cənubi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında xüsusi paya malik oldu.

Gürcüstanda yerləşən “Gürcüstan üçün Dünya Təcrübəsi” Mərkəzinin rəhbəri, tanınmış tədqiqatçı Murman Marqalaşvili Azərbaycanın yalnız Avropada deyil, bütövlükdə regionda enerji təhlükəsizliyinin formalaşmasındakı rolundan danışaraq traniz xəttlərinin əhəmiyyətinə xüsusi diqqət çəkmişdir.

Türkiyənin Mərmərə Universitetinin professoru Ələddin Yalçınqaya enerji təhlükəsizliyi fonunda regiondakı təhdidlərə xüsusi diqqət ayıraraq bildirdi ki,  Azərbaycan-Türkiyə strateji əməkdaşlığı bu baxımdan xüsusi bir modeldir.

Amerika Birləşmiş Ştatlarının təmsilçisi, beynəlxalq ekspert Viktoriya Bitner də regionda təhlükəsizliyin formalaşmasında Azərbaycanın rolu barədə konfrans iştirakçılarına məlumat verdi. Azərbaycanın reallaşdırdığı regional layihələr hazırda təhlükəsizliyin formalaşmasına xüsusi töhvə verir.

Konfrans işini müzakirələr ilə davam etdirmişdir. Sonda iştirakçılar konfransın elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu sahədə məlumatlandırmanın davam etdirilməsini məqbul hesab etmişdirlər.

Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO
Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO
Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO
Neapolda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi - VİDEO