Nazirimizin prezident təyin edilməsinin səbəbləri: Babayev beynəlxalq tədbirə muxtarlıq edə biləcəkmi?

Nazirimizin prezident təyin edilməsinin səbəbləri: Babayev beynəlxalq tədbirə muxtarlıq edə biləcəkmi?

Prezident İlham Əliyev Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin edib. Ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb

Rəsmi Bakı COP29-a xüsusi həssaslıq göstərir. Ən yüksək səviyyədə keçirilməsinə çalışır. Ölkə başçısının tədbir ilə bağlı görülən işlərə birbaşa nəzarət etməsi və yaxından maraqlanması COP29-un əhəmiyyətini bir daha təsdiqləyir.

Maraqlıdır, Prezident İlham Əliyevin Muxtar Babayevi təyin etdiyi vəzifə nədir? O, hansı işləri görəcək?

Nazirimizin prezident təyin edilməsinin səbəbləri: Babayev beynəlxalq tədbirə muxtarlıq edə biləcəkmi?

Səməd Seyidov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Səməd Seyidov deyib ki, COP29 Azərbaycan üçün həddindən artıq vacib olan beynəlxalq tədbirdir:

“Rəsmi Bakının bu tədbirin ən yüksək səviyyədə keçməsi üçün əlindən gələni etməsi bu baxımdan başadüşüləndir. Tədbir üçün 120 ölkədən 80 mindən artıq insanın Azərbaycana gəlməsi gözlənilir.

COP29-un ölkəmizdə keçirilməsi həm də beynəlxalq imicimiz baxımından çox vacibdir. Hesab edirəm, bu tədbirin apardığımız xarici siyasətə böyük dəstəyi olacaq. Bu baxımdan əlimizdən gələni etməliyik ki tədbir ən yaxşı şəkildə təşkil edilsin.

O ki, qaldı Prezident İlham Əliyev Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi COP29-un Prezidenti təyin etməsinə, burada təəccüblü heç nə yoxdur. Belə ki, COP29 dünyanın ən böyük ekoloji tədbiridir və belə mühüm tədbirin Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinə həvalə edilməsi normaldır.

Muxtar Babayevin təyin edildiyi vəzifənin nə olduğu və onun nələr edəcəyinə gəldikdə isə bu haqda nə isə deyə bilmərəm. Hər halda bunu ondan başqa kimsə cavablaya bilməz”.

Nazirimizin prezident təyin edilməsinin səbəbləri: Babayev beynəlxalq tədbirə muxtarlıq edə biləcəkmi?

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu isə deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi mühüm tarixi hadisədir:

“Bu vaxta qədər Azərbaycanda buna bənzər və belə geniş miqyasda tədbir keçirilməyib. İlkin ehtimallara görə Azərbaycana 10 minlərlə qonaq təşrif buyuracaq. Dünyanın 120 ölkəsinin dəstəyi ilə keçirilən bu tədbir heç şübhəsiz ki, həm ölkəmiz həm də paytaxtımız üçün yadda qalan olacaq.

Tədbirin keçirilməsi üçün təşkilat komitəsinin yaradılması tapşırılıb. Ölkə başçısı bu iş üçün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi səlahiyyətləndirib.

Muxtar Babayev nazir vəzifəsində çalışır və ekoloji vəziyyətlə bağlı kifayət qədər bilgilidir. SOCAR-da işlədiyi dövrdə də onun sahəsi, ekologiya ilə bağlı olub. Muxtar Babayev qısa zamanda peşəkar kollektiv yığmağı bacarıb və inanıram ki, ona verilən yeni vəzifənin də öhdəsindən gələcək”.

Turan Rzayev
Globalinfo.az