İsrail ordusu Yəmənin Səna beynəlxalq hava limanına zərbələr endirməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik hər kəsi Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanı və ətraf rayonlarını dərhal tərk etməyə çağırıb.
Bildirilib ki, hazırda onlarla İsrail təyyarəsi Yəmənə hücum edir.
Qeyd edək ki, mayın 4-də husilər hipersonik ballistik raketlə Ben Qurion hava limanını vurduqlarını iddia ediblər. Hücumdan sonra hava limanı bağlanıb.
İsrailin müdafiə naziri İsrael Katz isə buna cavab olaraq, husilərə 7 dəfə çox ziyan vuracağına söz verib.
Günay Rəsulqızı
Globalinfo.az