Nazir əmr imzaladı: onlara vəzifə verildi – FOTO

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub.

Mustafa Abbasbəyli bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Nazirin bir başqa əmri ilə isə Cəsarət Valehov nazir Adil Kərimlinin müşaviri təyin edilib.

O, bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.

Hər iki təyinatı Mədəniyyət Nazirliyindən saytımıza təsdiq ediblər.

Eyni zamanda Adil Kərimlinin müvafiq əmr ilə sənətşünas, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.

Əminə Məlikova

Əminə Məlikova