Naxçıvandakı güclü yanğın söndürüldü – YENİLƏNİB

Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hazırda binada soyutma işləri aparılır.

İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.

***16:39

Fövqəladə Hallar Nazirliyi Naxçıvanda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***16:07

Naxçıvanda yaşayış binasında güclü yanğın başlayıb.

Bu barədə Globalinfo.az-a şəhər sakinləri məlumat veriblər.

Bildirilib ki, yanğın mikrorayon ərazisində yerləşən binalardan birində baş verib.

Zaira Akifqızı
Globalinfo.az