NATO Çini hədələdi: Nə etdiyini bilirik, nəticələri olacaq!

“Çin Rusiyaya Ukraynada istifadə üçün hərbi texnika tədarük edir”.

Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Çin Moskvaya verdiyi dəstəyə görə cavab verməlidir:

“Bu, regional təhdid deyil. Çin Avropada II Dünya müharibəsindən sonrakı ən böyük hərbi konflikti alovlandırır, eyni zamanda isə Qərblə yaxşı əlaqələrini saxlamaq istəyir. Pekin eyni anda həm bunu, həm onu edə bilməz. Əgər Çin nə vaxt kursunu dəyişməsə, müttəfiqlər onu hesab ödəməyə məcbur edəcəklər. Addımların nəticələri olmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az