Keşiş parlament binası qarşısında aksiyaya başladı

b2fb51b2 4628 3194 abe8 79ac2448f076 850 1

Ermənistan parlamentinin binası yaxınlığında “Vətən naminə Tavuş” hərəkatının mitinqi başlayıb.

Globalinfo.az xəbər verir ki, Baqramyan prospektində keçirilən mitinqdə arxiyepiskop Baqrat Qalstanyan çıxış edərək hərəkatın planları barədə danışıb.

Qeyd edək ki, paralel olaraq, Milli Assambleyanın sədri Alen Simonyanın qərarı ilə saat 18:30-da parlamentin növbədənkənar iclası çağırılacaq.

Parlamentin gündəliyində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefaya çağırışının müzakirəsi var.

Təşəbbüsün müəllifi isə parlamentin müxalifətyönlü deputatlarıdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az