Naxçıvanda daha bir yenilik: Talıbovun bu qadağası da ləğv edildi – FOTO

Naxçıvanda daha bir yenilik: Talıbovun bu qadağası da ləğv edildi – FOTO

“Dəyişikliklərdən sonra Naxçıvanda da şəhidlərin tanıdıcı lövhələrinin yaşadıqları ərazilərdə yol kənarına qoyulması prosesi başlanılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu şəxsi Feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, əvvəllər tanıdıcı lövhələrin vurulmasına və xatirə bulaqlarının tikilməsinə icazə verilmirdi:

“Şəhid adlarının əbədiləşdirilməsi üçün təhsil ocaqlarına (məktəb, bağça), küçə və prospektlərə adların verilməsinə də tezliklə başlanılsa gözəl olardı. Ən azından dünyadan köçən şəhid valideynlərinin arzusu gözündə qalmazdı”.

Naxçıvanda daha bir yenilik: Talıbovun bu qadağası da ləğv edildi – FOTO

Zaira Akifqızı
Globalinfo.az