“NATO təlimlər zamanı Kalininqrad vilayətini bloklamaq ssenarisini tətbiq edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“NATO Baltik dənizini öz daxili sularına çevirmək, Rusiyanı tamamilə təcrid etmək arzusundadır. Onlar bu sularda naviqasiya üçün öz qaydalarını yaratmağa, ilk növbədə Rusiyanın dəniz yük daşımalarına nəzarət etməyə, sonra isə mümkün qədər məhdudlaşdırmağa çalışır. Planlarını gizlətmirlər, amma Moskva Baltikyanı birliyin tamhüquqlu üzvü olub və belə də qalacaq”, – o bildirib.
Diplomat qeyd edib ki, bu şəraitdə gərginliyi azaltmaq üçün hər hansı dialoq çətindir:
“Lakin ölkəmizin milli təhlükəsizliyini və maraqlarını təmin etmək üçün bütün beynəlxalq hüquqi və digər imkanlardan istifadə edəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az














