“NATO Rusiyanın demək olar ki, bütün Ukraynaya nəzarət etməsini istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, NATO ölkələrinin Ukraynaya getdikcə daha çox uzaqmənzilli silahlar verməsinin səbəblərini açıqlayıb.
“NATO strateqləri bütün Ukraynanın Rusiyanın nəzarətində olmasına çalışırlar. Ona görə də onlar Zelenski hakimiyyətinə daha uzunmənzilli silahlar verirlər”.
Medvedev həmçinin sanitar zonanın yeni sərhədləri barədə də danışıb. O bildirib ki, sərhədlər Polşa ərazisindən keçəcək və bu, tamamilə təhlükəlidir.
Bundan əlavə, Medvedev Rusiyanın güclü nüvə silahına malik olduğunu xatırladıb. Onların gücünün Yaponiyaya atılan bombalardan çox olduğunu vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az