NATO-nun mobil təlim qrupu HHQ-də kurs keçir – FOTOLAR

2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə “HHQ-də hava məkanının idarə olunması və nəzarət” mövzusunda kurs keçirilir.

Globalinfo.az bildirir ki, bu barədə xəbəri Müdafiə Nazirliyi yayıb.

Qeyd edilib ki, kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.

Təlim kursu iyunun 14-dək davam edəcək.

NATO-nun mobil təlim qrupu Hərbi Hava Qüvvələrində kurs keçir

NATO-nun mobil təlim qrupu Hərbi Hava Qüvvələrində kurs keçir