Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanı Avropa ölkələrinə, o cümlədən Baltik dənizinə qarşı hibrid hücumları gücləndirməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “N-tv” telekanalı məlumat yayıb.
Nazir müttəfiqləri müdafiə imkanlarını inkişaf etdirməyə çağırıb:
“Moskva artıq casusluq, təxribat və dezinformasiya vasitəsilə hibrid hücumlar həyata keçirir. Uzun müddətdir Avropa ölkələri arasında körpü hesab edilən Baltik dənizi getdikcə daha çox qarşıdurma meydanına çevrilir. Bu, Rusiya Prezidenti Vladimir Putinin bizim çəkindirmək və cavab vermək qabiliyyətimiz üçün sınaq meydanıdır”.
Əliyar Xəlil
Globalinfo.az














