NATO-dakı nümayəndəmiz Stoltenberqin müavini ilə görüşdü

NATO-dakı nümayəndəmiz Stoltenberqin müavini ilə görüşdü

NATO Baş katibinin müavini Mirce Geoana ilə görüşməkdən çox məmnun oldum.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Tvitterdə bildirib.

“NATO-Azərbaycan tərəfdaşlığını, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə, enerji təhlükəsizliyinə verdiyi töhfə haqqında yaxşı fikir mübadiləsi apardıq. NATO Baş katibinin müavininə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və regiondakı vəziyyət haqqında məlumat verdim”, – o qeyd edib.