Gəncədə Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovanın dəfn mərasimi keçirilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, Səbiskar qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə Gəncə şəhər rəhbərliyi, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları, mərhumun yaxınları iştirak edib.
***11:51
Gəncədə vəfat edən Milli Qəhraman Natiq Qasımovun anası Dursun Qasımova ilə vida mərasimi keçirilir.
Globalinfo.az “Report”a istinadən bildirir ki, vida mərasimində rəsmilər, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları və yaxınları iştirak edir.
Qeyd edək ki, 83 yaşlı Dursun Qasımova uzun sürən xəstəlikdən sonra iyulun 27-si dünyasını dəyişib. O, Səbiskar qəbristanlığında həyat yoldaşının qəbrinin yanında dəfn olunacaq.
















