Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı

“Bizim Ədalət Vəliyevlə görüşümüzün REAL partiyasının bağlanması bəyanatı ilə heç bir əlaqəsi yoxdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitə üzvü Natiq Cəfərli Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşü haqda danışarkən deyib.

O, bu görüşün aylar öncə planlaşdırıldığını bildirib:

“Partiya sədri İlqar Məmmədovun iki il ərzində Ədalət Vəliyevlə 12 dəfə görüşü olub. Daha sonra partiyamızın parlament təmsilçisi Erkin Qədirli görüşüb. Hətta o zaman Prezident Administrasiyasından təklif gəlmişdi ki, REAL-ın siyasi komitə üzvlərinin hər biri ilə ayrı-ayrılıqda görüşlər olsun.

Sadəcə, mənim səfərlərim və müəyyən problemlərə görə bu görüş uzandı. Ona görə də, indi vaxt edib görüşə bildik. Görüş mənim üçün də çox maraqlı və bir ilk oldu. Müəyyən problemlər, təqdim etdiyimiz bir neçə layihələrin gecikməsi haqda danışdıq. Ümumilikdə belə qərara gəldik ki, bu cür görüşlər tez-tez olmalıdır ki, problemlər aradan qaldırılsın”.

Zaira Akifqızı

Globalinfo.az