Natanzdan xoş olmayan xəbərlər gəlir…

Natanzdan xoş olmayan xəbərlər gəlir...

İranın Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmənin aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi məlumat yayıb.

O qeyd edib ki, bu çirklənməni radioloji mühafizə tədbirləri ilə nəzarətdə saxlamaq mümkündür.

“AEBA İrana nüvə obyektlərinin tam mühafizəsini təmin etmək və onların sülh məqsədləri üçün istifadəsini davam etdirmək üçün ekspertlər göndərməyə hazırdır”, – deyə o vurğulayıb.

Agentlik rəhbəri həmçinin nüvə obyektlərinə qarşı hücumun yolverilməz olduğunu bildirib.

Aysel Əliyeva
Globalinfo.az