Millət vəkili parlamentdə boykot çağırışı etdi

Millət vəkili parlamentdə boykot çağırışı etdi

“Əziz azərbaycanılılar və soydaşlarımız,  gəlin, fransız məhsullarını könüllü şəkildə boykot edək”. 

Globalinfo.az bildirir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib.

“Nə məcburdur ki, biz fransız məhsullarını istifadə edək? Rəsmi edə bilmiriksə, könüllü olaraq bunu etməliyik”, – deyə deputat qeyd edib.

Deputat bildirib ki, Fransa senatında və Milli Assambleyasında olan deputatlara etiraz bildirilməlidir: “Son vaxtlar görürük ki, Laçın yolu vasitəsilə separatçıların olduğu ərazilərə silahlar daşınır. Təəssüflər olsun ki, ötən gün İran hərbi mütəxəssislərinin keçməsi faktı da üzə çıxdı. Bir müddət sonra biz mediadan xəbər alacağıq ki, artıq İran və ya Fransa dronları Azərbaycan səmasındadır. Biz səbir etməməliyik. Biz qurulan oyunları, tələləri pozmalıyıq. Həm Fransaya, həm İrana, həm də Ermənistanı dəstəkləyən havadarlarına tutarlı cavab verməliyik”.