Nensi Pelosinin evinə hücum oldu, əri yaralandı

 

Nensi Pelosinin evinə hücum oldu, əri yaralandı

Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə daxil olaraq həyat yoldaşı Pol Pelosiyə hücum edib və onu yaralayıb.

Globalinfo.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs saxlanılıb. Hadisə vaxtı Pelosi evdə olmayıb. Pol Pelosi xəstəxanaya yerləşdirilib.