Müğənni Kərim Bakıda toyda döyüldü, xəstəxanalıq oldu – Açıqlama / YENİLƏNİB

Müğənni Kərim Bakıda toyda döyüldü, xəstəxanalıq oldu - Açıqlama / YENİLƏNİB

Müğənni Kərimim toyda döyülməsindən sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, TƏBİB-dən Olay-a qeyd edilib ki, sözügedən hadisə doğru olsa da, K.Abbasovla bağlı bir məlumatları yoxdur:

“Bu hadisə “Platin” şadlıq sarayında baş verib. Lakin sizin qeyd etdiyiniz şəxs bizə müraciət etməyib. Buna görə də, bir məlumat verə bilmirik. Sadəcə onu deyə bilərik ki, o, özəl tibbi müəssisələrdən birinə müraciət edib. O da bizim tabeliyimizdə deyil”.

***11:27

Globalinfo.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasovun fonoqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

***

Daxili İşlər Nazirliyi müğənni Kərimin restoranların birində döyülməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Globalinfo.az-a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırma davam etdirilir.

***10:37

Müğənni Kərim toyda döyülüb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Araşdırma gedir.