Müğənni Dəniz həbs edildi – Detallar

Müğənni Dəniz həbs edildi - Detallar

Müğənni Dəniz Əsədovanın həbs edilməsinin təfərrüatları məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a D.Əsədovanın həbs edilməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edən vəkil Asim Abbasov bildirib.

Vəkil qeyd edib ki, şikayət o və bir qrup şəxs tərəfindən olub: “Dəniz Əsədova mənim, bir neçə həkim və digər şəxslər barədə sosial şəbəkələrdə yalan məlumat yayıb, bizə böhtan atırdı. Biz də onun barəsində məhkəməyə müraciət etdik.

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə məhkəmə prosesi keçirildi, şikayətimiz təmin edildi və onun barəsində 7 ay həbs qətimkan tədbiri seçildi, Dəniz Əsədova məhkəmə zalından həbs olundu.

Xatırladaq ki, müğənni D.Əsədova barəsində bu il martin 14-də də məhkəmə hökmü olub. Onun barəsində xüsusi ittiham qaydasında edilən şikayət əsasında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə həmin vaxt D.Əsədovaya 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.

***12:39

Müğənni Dəniz Əsədova həbs edilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb.

Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib.

Faktı vəkil Asim Abbasov təsdiq edib.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.