MOSSAD-dan SENSASİON açıqlama: İran generalları bu taktika ilə öldürülüb…

MOSSAD-dan SENSASİON açıqlama: İran generalları bu taktika ilə öldürülüb...

“Gecə kəşfiyyat departamentimiz SEPAH Hərbi Hava Qüvvələrinin yüksək rütbəli komandirlərinin İsrailə hücuma hazırlaşmaq üçün qərargahda toplandıqlarını öyrəndi”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında qeyd olunub.

Məlumata görə, bu zaman İsrail qırıcıları qərargahı vurub və nəticədə orada olan İran ordusunun yüksək rübtəli şəxsləri həlak olublar. Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə də sözügedən iclasda olub. İHA bölməsinin komandiri Tahir Por və müdafiə qüvvələrinin komandanı Davud Şahin də toplantıya qatılan və öldürülən şəxslər arasındadırlar.

MOSSAD-ın məlumatına görə, SEPAH nümayəndələrinin qərargaha toplandığına dair məlumat əldə edildikdən sonra İsrail dərhal hərəkətə keçib. Həmin şəxslərin olduqları yerdən uzaqlaşmaması təmin edilib və hamısı eyni anda vurulub.

Ayşən Mustafa
Globalinfo.az