Moskvanın gizli müttəfiqi ifşa edildi: “Silahları ondan alıb”

Moskvanın gizli müttəfiqi ifşa edildi: "Silahları ondan alıb"

ABŞ-ın Çinin Rusiyaya hərbi yardımı ilə bağlı yaydığı məlumat müzakirələrə səbəb olub. Vaşinqton iddia edir ki, Moskva da Pekinə bənzər hərbi yardımlar göstərir. Yəni Çin Rusiyaya hərbi texnikalar göndərir, qarşılığında isə ondan dənizaltı, havadan müdafiə sistemləri alır.

Sözügedən iddialar nə dərəcədə reallığa uyğundur? İki ölkə arasında inkişaf edən hərbi əlaqələrin pərdəarxasında hansı amil dayanır?

Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Rusiya və Çin bir çox sahədə əməkdaşlıq edirlər:

“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkəni zəiflətmək mahiyyəti daşıyır. Pekin isə Moskvanın nə zəifləməsini, nə də çox güclənməsini istəyir. Çünk bu halda Qərbin hədəfi Çin olacaq.

Bu gün iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Xüsusilə Çin şirkətlərinin Rusiya iqtisadiyyatına verdiyi maddi xeyir danılmazdır. Bu, Rusiya iqtisadiyyatının və sənayesinin, həmçinin iki ölkə arasında siyasi və hərbi əlaqələrin inkişafına töhfə verir”.

Moskvanın gizli müttəfiqi ifşa edildi: "Silahları ondan alıb"
Tural İsmayılov

T.İsmayılovun sözlərinə görə, Rusiya Çin mallarını ən çox alan ölkələrdəndir:

“Yəni Pekin üçün Moskva həm xammal, həm də məhsullarını satdığı bazar rolunu oynayır. İqtisadi əməkdaşlıq təbii olaraq hərbi sahəyə də yansıyır. Bu baxımdan Çinin hərbi texnikalarını, bəzi hərbi texnologiyaları Rusiyaya verməsi əvəzində Moskvadan dənizaltı, havadan müdafiə sistemləri aldığı doğrudur.

Çin və Rusiya Qərblə ABŞ qarşısında ortaq hərəkət etməsə də, maraqları çərçivəsində mövqe sərgiləyirlər. İki tərəf də bir-birinin zəifləməsini istəmir. Buna görə bənzər əməkdaşlıqlar qurulur”.

Turan Rzayev
Globalinfo.az