Maya Sandu 900x506 1

“Moldova prezidenti seçkilərinin 1-ci turunda namizədlərdən heç biri lazımi sayda – 50%-dən çox səs toplaya bilməyib”.

Globalinfo.az Ria.ru- ya istinadən xəbər verir ki, bülletenlərin 75%-nin emalından sonra bu nəticə açıqlanıb.

Bildirilib ki, noyabrın 3-də 2-ci tur keçiriləcək.

***00:00

Moldovada səslərin 22 faizinin sayılmasından sonra ölkənin hazırkı prezidenti Maria Sandu prezident seçkilərində 33,74% nəticə ilə liderdir.

Globalinfo.az xəbər verir ki, ilkin nəticələri Moldova Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.

İkinci yerdə 30,1%-lə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo gəlir.

Nəticələrdə dördüncü yeri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5%) tutur. Onun ardınca keçmiş prokuror Viktoriya Furtuna (5%), keçmiş baş nazir, “Moldovanın Gələcəyi” partiyasının rəhbəri Vasili Tarlev (3%) və keçmiş baş nazir İon Çiku (2%) gəlir.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun ilk iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Seçkilərlə eyni zamanda keçirilən Avropa İttifaqına qoşulmaq haqqında referendumda isə bülletenlərin 40%-nin emalından sonra 56,23% buna yox deyib, 43,77% seçici isə ölkənin Aİ istiqamətini dəstəkləyib.

Paylaş: