Möcüzə baş verdi: “öldü” deyilən ulduz futbolçu dağıntılar altında sağ çıxdı

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altında qalan “Hatayspor” futbolçusu Kristian Atsu xilas edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun əməkdaşı məlumat yayıb.

O bildirib ki, qanalı ulduz futbolçu dağıntılar altından çıxarılıb:

“Atsu xəstəxanaya aparılıb, yaralıdır”.

Qeyd edək ki, zəlzələdən bir neçə saat əvvəl “Kasımpaşa” ilə oyunda qol vuraraq komandasına qələbə qazandıran K.Atsu daha sonra baş verən zəlzələdə dağıntılar altında qalmışdı. Futbol ictimaiyyətində onun həlak olması barədə xəbərlər yayılmışdı.

Aqşin
Globalinfo.az