MMA döyüşçümüz oktaqona qayıdır – Tarix

MMA döyüşçümüz oktaqona qayıdır - Tarix

Qarışıq döyüş sənəti (MMA) üzrə çıxış edən idmançımız Vüqar Kərəmov həbsdən çıxdıqdan sonra ilk döyüşünü keçirəcək.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Vüqar noyabrın 17-də yaponiyalı Kazumasa Macima ilə döyüşəcək.

Bu döyüş Yaponiyanın Naqoya şəhərində “Rizin” təşkilatının “Landmark 10” turniri çərçivəsində keçiriləcək.

Qeyd edək ki, bu döyüş fevralın 24-də baş tutmalı idi. Lakin bu ilin əvvəlində Vüqar Kərəmov həbsə düşdüyündən, döyüş keçirilməmişdi. Kərəmov iyul ayından etibarən həbs olunan müəllimi Ruslan Əfəndiyevlə birgə azadlığa buraxılıb.