Milli Məclis sədrinin müavinləri seçildi – ADLAR

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.

Globalinfo.az bildirir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( I müavin və iki müavin) olub.

***09:50

Rafael Huseynov və Fariz İsmayılzadə Milli Məclis sədrinin müavinləri, Əli Əhmədov isə MM sədrinin 1-ci müavini olacaq.

Globalinfo.az xəbər verir ki, onların namizədliyi dəstəklənib.

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir. Fariz İsmayılzadə isə bitərəfləri təmsil edəcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.