MM bu hakimlərin təyin olunmasını qəbul etdi – Siyahı

MM bu hakimlərin təyin olunmasını qəbul etdi - Siyahı

Milli Məclis Ali Məhkəməyə hakimlərin təyin edilməsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən namizədliyi irəli sürülən hakimlər Cəmilova Xəyalə Adil qızı və Hüseynov Zaur Nazim oğlunun vəzifələri dəyişdirilərək Ali Məhkəmənin hakimləri təyin ediliblər.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

X X X

Milli Məclis Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlərin təyin olunmasını qəbul edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən Bakı Apellyasiya Məhkəməsinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlu, Ağalarov Həmid Azər oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı, Qasımov Vidadi Kamal oğlunun təyin edilib.

Gəncə Apellyasiya Məhkəməsinə isə Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Tural Nurulla oğlunun namizədliyi irəli sürülüb.

Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.