Mirzoyan və Məhəmməd Mustafa bu məsələləri müzakirə etdi

Ermənistan və Fələstinin xarici işlər nazirləri arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fələstinin xarici işlər və diaspor naziri Məhəmməd Mustafa ilə telefonda danışıb.

Mirzoyan bildirib ki, Ermənistanın bu qərarı “iki dövlət”li  həll prinsipinin dəstəklənməsindən və münaqişənin həllinin vacibliyi ilə bağlı ardıcıl mövqedən irəli gəlir.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin və siyasi dialoqun inkişafı məsələlərini müzakirə ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az