Mirzoyan Türkiyəyə gedir – İclas olacaq

Mirzoyan Türkiyəyə gedir - İclas olacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional  platformasının İstanbulda keçiriləcək iclasında iştirak edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

A.Mirzoyanın iclasda iştirak üçün Türkiyəyə səfər edəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə baş tutacaq görüş oktyabrın 18-də keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az