Minik maşını mikroavtobusla toqquşdu: xəsarət alanlar var

Minik maşını mikroavtobusla toqquşdu: xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.