Minalarla bağlı Beynəlxalq Bakı Forumu keçirildi – FOTOLAR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir və Azərbaycan bu siyahıda ilk sıralardadır.

“İlkin məlumatlara görə hazırda ərazilərimizdə 1,5 milyondan çox mina və PHS var. Minalar və partlamamış hərbi sursatlarla ərazilərimizin çirklənməsinə beynəlxalq ictimaiyyətin etinasız yanaşması, minalar səbəbindən bərpa və quruculuq işlərinin gecikməsi, insanlarımızın öz doğma yurdlarına qayıtmasının yubanması yaşamaq hüquqlarının pozulmasına səbəb olur” – deyə o bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə deyib ki, bu gün dünya qlobal istiləşməni, ekoloji fəlakətləri, quraqlıq və su resurslarının azalması kimi məsələləri müzakirə edirlər, amma unudurlar ki, insanların ölümünə səbəb olmaqla yanaşı, flora və faunanın məhvinə səbəb olan amillərdən biri də minalardır. Bu mənada beynəlxalq ictimaiyyətin dünyada baş verən hadisələrə münasibəti birqiymətli deyil.

“Azərbaycan qlobal ekologiyanın yaxşılaşmasına töhfə verir, daha təmiz enerji resurslarından istifadə etmək üçün əlindən gələni edir. Yaşıllıq sahələrinin artırılması istiqsmətində müxtəlif tədbirlər həyata keçirilir, yeni meşə zolaqları salınır. Amma ermənilər 54 hekar meşə sahəmizi məhv ediblər, minalarla, partlamamış hərbi sursatlarla ərazilərimizi çirkləndiriblər” – o qeyd edib.

Daha sonra çıxış edən Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov bu günə qədər mina və partlamamış sursatlardan təmizlənmiş ərazilərin sahəsi, zərərsizləşdirilən mina və PHS-lərin sayı barədə məlumat verib. Qeyd edib ki, bu gün ərazilərin minalardan təmizlənməsi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasındakı qarşılıqlı əlaqəyə dair aydın təsəvvürlərimiz var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə 5 hədəf və 15 göstəricidən ibarət olan 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi hazırlanmışdır və növbəti ildə tətbiq olunacaqdır. Habelə, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə fəaliyyətini əhatə edən BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qəbulu təşəbbüsünü irəli sürmüş və bu təşəbbüsü aktiv olaraq qlobal təşfiq etməkdədir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə bildirib ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə əlaqədar tərəfimizdən ümumilikdə 18 hesabat, 29 bəyanat, 7-si videomüraciət olmaqla 60 müraciət hazırlanıb, xarici dillərdə Ombudsman tərəfindən verilmiş açıqlamaların sayı isə 300-dən çoxdur:

“Beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək də bu işə adekvat deyil. Buna görə də beynəlxalq ictimaiyyət hər kəsin yaşamaq, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər”.

Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı Rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi, “Beynəlxalq Avrasiya Mətbuat” Fondunun sədri Umud Mirzəyev çıxış edib.

Minalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilibMinalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilibMinalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilibMinalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilibMinalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilibMinalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilibMinalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilibMinalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilib