Millimizin qələbəsinə kölgə salan məqam – VİDEO

“Azərbaycan yığması İsveçə qalib gəlib, üstəlik kapitan gözəl performans göstərib, uzaq məsafədən qol vurub. İndi bütün bunlar qalıb kənarda, millimizin müdafiəçisinin qadın hakimlərlə görüşmə tərzini müzakirə və tənqid edirlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Rövşənoğlu deyib.

O bildirib ki, dəyərlərə hörmətsiz yanaşmaq düzgün davranış deyil:

“Məlumdur ki, bu adam inancına görə belə edib. İnanc isə müzakirə olunmur. Bir kəsin nəyə inandığını və necə əməl etdiyini müzakirə etmək, hələ lağlağı obyekti etmək yaxşı hərəkət deyil, normal adamlar belə etmir. Bəli, əl verib görüşməkdənsə kənardan əlini sinəsinə qoyub yüngül təzim etməklə salam verə bilərdi. Amma bu müzakirə mövzusu, lağlağı obyekti ola bilməz, olmamalıdır”.

Qeyd edək ki, müdafiəçi Rahil Məmmədov qadın hakimlərlə görüşərkən forması ilə əlini örtüb. Onun bu addımı atmasına səbəb kimi iki amil göstərilir: birincisi, dini təriqətə əsasən naməhrəm hesab edilməsi, ikincisi isə əlinin palçığa bulaşması.

Zaira Akifqızı
Globalinfo.az