Millimiz DÇ-də Türkiyəyə böyük hesabla qalib gəldi

Bakıda keçirilən çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

Globalinfo.az xəbər verir ki, yığma Binə Atçılıq Mərkəzində təşkil olunan matçda Türkiyə kollektivi ilə üz-üzə gəlib.

Görüş milli komandamızın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir. Türkiyə seçməsi isə 3 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki turda Qazaxıstan və Maltanı 5:0 hesabı ilə məğlub edib. 10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.